Dünən

Paşinyan: Buğdanın neçənci dərəcəli olmasının nə fərqi var?

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandan Azərbaycan ərazisi vasitəsilə Ermənistana idxal edilən buğdanın keyfiyyəti ilə bağlı qalmaqallı müzakirələrə münasibət bildirib. Təhlil.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı deyib:

“Buğda bazar əmtəəsidir — alıcı istədiyi dərəcəli məhsulu alır. Hökumət yox, özəl şirkət bu buğdanı alıb. 6-cı, 7-ci, hətta 1260-cı dərəcəli olsa da, adam pulunu verib alıb, büdcə vəsaiti xərclənməyib. Problem nədədir?”

Qazaxıstandan yola düşən 1000 ton buğda daşıyan qatar noyabrın 8-də Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, göndərilən buğda 4-cü dərəcəlidir.

Qeyd edək ki, bundan öncə də Rusiya buğdası eyni marşrutla Ermənistana daşınıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?