12 noyabr

Paşinyan “Tramp marşrutu” layihəsinin icrası barədə danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp Marşrutu" layihəsi barədə danışıb. Təhlil.az xəbər verir ki, o bildirib:

“İlin sonuna qədər bütün detalları kağız üzərində qeyd etməliyik.

Razılıq 2026-cı ilin birinci yarısında əldə edilməli, tikinti isə ikinci yarısında başlamalıdır. Aydın cədvəlin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik.

Dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə davam edəcək, qaz kəməri xeyli şimalda, elektrik xətləri də ondan şimalda yerləşəcək”.

Paşinyan vurğulayıb ki, hökumət layihənin icra müddətlərinə ciddi şəkildə riayət etmək niyyətindədir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?