Bu gün

Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

Təhlil.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, “leytenant” hərbi rütbəsi aşağıdakılara verilir:

hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara;

bu halda ehtiyatda olan “leytenant” hərbi rütbəsi bilavasitə hərbi-tədris müəssisəsini bitirdikdən sonra hərbi xidmətdən ehtiyata buraxılan aşağıdakı hərbi qulluqçulara verilir: qadın-məzunlara ailə vəziyyətinə görə; dinc dövrdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət nəticəsində səhhətinə görə hərbi xidmətə yararsız sayılan məzunlara (müharibə dövründə 6 və ya 12 aydan sonra yenidən müayinə olunmaqla);

hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddətini bitirən, habelə orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahan verən və ya hərbi rütbədə xidmət müddətindən asılı olmayaraq müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsil almış kiçik leytenantlara;

müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş ali təhsilli hərbi qulluqçulara;

tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir;

müvafiq hərbi ixtisas hazırlığına yaxın ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilərə — ehtiyatda olan zabit heyətinə attestasiya edildikdə;

ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara — müddətli həqiqi hərbi xidməti bitirdikdə;

ali təhsilli və orta hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, eləcə də ali hərbi tədris müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş və ya müvafiq hərbi ixtisas hazırlıq profilinə yaxın mülki ali təhsil almış, zabit heyəti vəzifələrinə təyin edilmiş və bu vəzifələri bir ildən az olmayaraq müvəffəqiyyətlə icra edən (onların yaşının və bu ixtisas üzrə zabitlərə ehtiyacın olmasının uçotu ilə) — gizirlərə və miçmanlara;

ehtiyat zabitlərinin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra — müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə;

zabit heyəti vəzifələrinə təyin edilmək üçün həqiqi hərbi xidmətə qəbul edilmiş və ya əsgər, matros, çavuş, gizir, miçman vəzifələrindən zabit heyəti vəzifələrinə təyin edilmiş və ən azı bir il bu vəzifələr üzrə borcunu müvəffəqiyyətlə yerinə yetirən müvafiq hərbi ixtisas hazırlığına yaxın ali mülki təhsilli qadınlara;

mülki ali tədris müəssisələrini bitirmiş, müddətli həqiqi hərbi xidməti keçmiş həqiqi hərbi xidmətə — zabit heyəti vəzifələrinə təyin edilən hərbi vəzifəlilərə.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?