Bu gün

Paşinyan Trampın oğlunun Ermənistana səfərinin ləğvi ilə bağlı şayiələrə münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın oğlunun İrəvana səfərinin ləğv edilməsi ilə bağlı şayiələrə münasibət bildirib.

Təhlil.az-ın məlumatına görə Paşinyan brifinqdə bildirib:

"Biz bunu heç vaxt açıqlamamışıq. Bunu elan edənlər izah etsinlər. Həm siz, həm də mən bu barədə eşitmişik".

Təxminən iki həftə əvvəl sosial mediada Donald Trampın "Tramp Marşrutu" layihəsi ilə bağlı danışıqlar aparmaq üçün İrəvana səfər edəcəyi barədə məlumatlar yayılıb. Bir gün əvvəl isə Ermənistan mediasında Taker Karlsonun səfərin ləğv edildiyinə dair iddiaları yayılıb. Taker bildirib ki, onun "Taşir Qrupu"nun prezidenti Samvel Karapetyanın qardaşı oğlu Nareklə efirdə "Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu"nun müzakirəsi buna səbəb olub.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?