Bu gün
“C-130” təyyarəsinin qəzaya uğramasını araşdırmaq üçün birgə beynəlxalq qrup yaradılıb

Gürcüstanın Daxili İşlər Naziri Gela Geladze bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan Türkiyəyə məxsus “C-130” təyyarəsinin Gürcüstanda qəzaya uğramasını araşdırmaq üçün birgə beynəlxalq qrup yaradıblar.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, türk mütəxəssisləri bütün gecə qəza yerində çalışıblar və istintaq prosesində iştirak edirlər.
Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi - "Həyat itkisinə səbəb olan hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması" ilə cinayət işi açıb.
Bu gün