12 noyabr

Venesuelada kütləvi səfərbərlik elan edilib

Venesuela hökuməti ölkənin silahlı qüvvələrinin kütləvi səfərbərliyini elan edib.

Təhlil.az CNN-in məlumatına istinadla xəbər verir ki, qərar ABŞ qoşunlarının Karib dənizi bölgəsinə yerləşdirilməsi ilə əlaqədar verilib. Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bunu ABŞ-dən gələn “imperialist təhdidi”nə qarşı bir addım adlandırıb.

Bundan əlavə, Müdafiə Nazirliyi mülki şəxslərdən ibarət ehtiyat qüvvə olan Bolivarian Milis qüvvələrinin də qatılacağı təlimlərin başladığını elan edib.