Bu gün

Yerə doğru güclü maqnit qasırğası gəlir

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məlumatına görə, 9–10 noyabrda Günəşdə baş verən X5 sinifli alışmalar nəticəsində tac kütləsinin atılması müşahidə olunub.

Təhlil.az xəbər verir ki, proqnoza əsasən, noyabrın 12-də plazma kütləsi Yerə yaxınlaşacaq və maqnit aktivliyi güclənəcək.

Günəş aktivliyi hazırda R1–R2 (zəif–orta) səviyyədə olsa da, noyabrın 13-dək R3 (güclü) səviyyəyə yüksəlməsi gözlənilir.

Yüksək coğrafi enliklərdə G2–G4 səviyyəsində maqnit qasırğası, orta enliklərdə isə 4–7 ballıq aktivlik proqnozlaşdırılır.

Aktivliyin noyabrın 14-dən etibarən azalacağı bildirilir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?