Bu gün
Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər həlak olub, 21 yaralı var

Pakistanın paytaxtı İslamabadda Kaçehri məhkəmə binasının yanında baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Təhlil.az xəbər verir ki, bu barədə "Geo News" xəbər verir.
Məlumata görə, partlayış müəssisənin yaxınlığında park edilmiş avtomobildə baş verib.
Qeyd edilib ki, yaralananlar arasında vəkillər də olub. Məhkəmə binası partlayışdan sonra təxliyə edilib.
Partlayış yerinə İslamabadın baş müfəttişinin müavini (DIG) və baş komissar gedib. Həlak olan və yaralananları xəstəxanaya çatdırıblar.
Paytaxtın "Pims" xəstəxanasında fövqəladə vəziyyət elan edilib.
Bu gün
Bu gün