Bu gün
Avropa Komissiyası Azərbaycana qarşı iftiraları rədd etdi!

Avropa Komissiyası Azərbaycan qazının guya Rusiya mənşəli olması barədə iddiaları rəsmi şəkildə təkzib edib.
Təhlil.az xəbər verir ki, bu cür dezinformasiyalar son illər bəzi dairələr tərəfindən yayılırdı.
Fransa Avropa Parlamenti üzvü Jan-Pol Garro-nun sorğusuna cavab olaraq qurum bildirib ki, Cənub Qaz Dəhlizində Rusiya qazı yoxdur və səsləndirilən ittihamlar tamamilə yalandır.
Fransalı deputat isə iddia edib ki, guya “Avropa İttifaqı enerji embarqosunu Azərbaycan üzərindən dolanırmış”. Avropa Komissiyasının cavabı bu manipulyativ iddialara son qoydu.