Bu gün

"Google": Zərərli proqramlar artıq süni intellektdən istifadə edərək öz kodlarını dəyişirlər

"Google" kibertəhlükəsizlik mütəxəssisləri yeni nəsil zərərli proqram növü barədə xəbərdarlıq ediblər. “Promptflux” adlı bu virus "Gemini" süni intellekt platformasına sorğular göndərərək öz mənbə kodunu dəyişdirir və yenilənmiş versiyanı sistem qovluqlarında saxlayır.

Beləliklə, virus özünü maskalaya bilir və sanki canlı orqanizm kimi təkamül keçirir.

"Google" bildirir ki, bu, süni intellekt texnologiyalarından kibercinayətkarlıq məqsədi ilə istifadə sahəsində təhlükəli yeni mərhələnin başlanğıcıdır.

Ekspertlər qeyd edirlər ki, bu proses “maşınların üsyanı” barədə narahatlıqları daha da gücləndirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?