Bu gün
"Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qələbə qazanır"

Müharibədə qalib gələn (2020-ci ildə - red.) Azərbaycan indi sülhdə də qələbə qazanır.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
H.Hacıyev Bakıda Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paraddan video paylaşıb.
"Vətən müharibəsində qalib gəlmiş ölkə! Azərbaycanın müzəffər Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qələbə qazanır", - o, videoya şərhində yazıb.
Bu gün
Bu gün