Paşinyan: "Qarabağ daha tez Azərbaycanın olmalı idi”

"İlk addımda biz qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa heç bir variant yox idi".
Tehlil.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Əgər biz düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, onda mənim səhvim idi ki, bunu etməmişəm”, - o bildirib.
Paşinyan həmçinin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini də dilə gətirib.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib:
“Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb.