Bu gün
Abbas Əraqçı: Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçı Həmədan Universitetində tələbələrlə görüşündə Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırıb. Təhlil. azxəbər verir ki, o deyib:
"Biz regionun sərhədlərində və geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik. Tərəflərlə birbaşa təmasdayıq. Əmin olmuşuq ki, Zəngəzur dəhlizində İran üçün heç bir təhlükə yoxdur, amma şəksiz ki, prosesləri izləməyə davam edirik".
Abbas Əraqçı regional əməkdaşlığı və "3+3" təşəbbüsünü regional təhlükəsizliyin təmin edilməsinin ən yaxşı yolu hesab edib və İranın Qafqazda davamlı sülh və sabitlik axtardığını bildirib.
Bu gün