Dünən
Çinli astronavtlar kosmosda qalıb

Üç çinli astronavt Yerə qayıtmağı planlaşdırdıqları kapsulla bağlı problemlər səbəbindən kosmosda qalıb.
Təhlil.az “Daily Mail” qəzetinin məlumatına istinadla xəbər verir ki, onların “Shenzhou-20” kosmik gəmisi aşağı Yer orbitində zibil topası ilə toqquşub və zədələnib. Ekipaj aprel ayından bəri “Tiangong” stansiyasındadır. Zərərin dərəcəsini qiymətləndirmək üçün onlar göyərtədə qalacaqlar.
Beləliklə, kosmosda altı ay keçirən astronavtlar indi də orbitdə ilişib qalıblar. Çünki toqquşma kosmik gəminin gövdəsində görünən iz buraxıb və komanda “Shenzhou 20”nin daxili zədələnməyə məruz qalmasından narahatdır. Bu onların uçuşlarını təhlükəyə ata biləcək məsələdir.