06 noyabr

Paşinyan: II Qareginin qardaşı KQB agentidir, bu, faktdır

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda erməni apostol kilsəsində katolikos yoxdur.

Paşinyan bu fikirləri brifinqdə səsləndirib:

“Əgər Ktriç Nersisyanın övladı varsa və o uşaq subaylıq andından sonra dünyaya gəlibsə, o, bütün ermənilərin katolikosu ola bilərmi? Niyə Ermənistanda bu sual qaldırılmır? Ktriç Nersisyan katolikos deyil”.

Baş nazir əlavə edib ki, arxiyepiskop Ezras Nersisyan – yəni II Qareginin qardaşı – KQB agentidir:

“Dərc edilmiş faktlar və sənədlər onun Sovet İttifaqı dövründə KQB agenti kimi işə götürüldüyünü açıq şəkildə göstərir. Bu, faktdır”.