Dünən

Gürcüstanda Saakaşvili və müxalifət liderlərinə qarşı cinayət işi açıldı

Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixeil Saakaşvili və bir neçə tanınmış müxalifət liderinə qarşı təxribat və hökuməti devirməyə çağırışlar ittihamı ilə cinayət işi başladıb.

Təhlil.az xəbər verir ki, Prokurorluğun brifinqində bildirilib ki, iş dövlətə qarşı cinayətlər – o cümlədən xarici dövlətə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşuna qarşı hərəkətlərin maliyyələşdirilməsi və hökmətin zorakı yolla dəyişdirilməsinə çağırışlar maddələri üzrə araşdırılır.

İttiham olunan şəxslər arasında tanınmış siyasətçilər – Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Yelena Xoştariya, Mamuka Xazaradze və Badri Caparidze də var.

Müxalifət tərəfdarları bu prosesi siyasi təzyiq kimi qiymətləndirirlər, hökumət isə “konstitusiya təhlükəsizliyinin qorunması” məqsədilə addım atıldığını bildirir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?