Dünən
Paşinyana Qazaxıstanın “Qızıl Qartal” ordeni təqdim ediləcək

Qazaxıstan və Ermənistan arasında diplomatik münasibətlərdə yeni mərhələ başlanır.
Təhlil.az xəbər verir ki, Qazaxıstan hökuməti Baş nazir Nikol Paşinyanı ölkənin ən yüksək dövlət mükafatı – “Qızıl Qartal” ordeni ilə təltif etməyi planlaşdırır.
Məlumata əsasən, bu orden müstəsna və görkəmli nailiyyətlərinə görə əcnəbilərə təqdim edilən ən yüksək mükafat hesab olunur.
Təltif mərasimi noyabrın 8-də Astanada keçiriləcək KTMT sammiti çərçivəsində baş tutacaq.
Ekspertlərin fikrincə, bu addım Qazaxıstan və Ermənistan arasında münasibətlərin normallaşmasının rəmzi kimi qiymətləndirilir. Görünür, İrəvanın Astanaya yönəlik əvvəlki narazılıqları artıq keçmişdə qalıb.