Dünən
Tramp G20 sammitində iştirak etməyəcək

Şəkil: "AP News"
Tramp kommunistlərə görə Cənubi Afrikada keçirilən G20 sammitində iştirak etməkdən imtina edib.
Təhlil.az-ın məlumatına görə, ABŞ Prezidenti Mayamidə keçirilən biznes forumunda bildirib ki, G20 sammiti ümumiyyətlə Cənubi Afrikada keçirilməməli və Cənubi Afrika G20-nin üzvü olmamalıdır.
"Mayami illərdir Cənubi Afrikadakı kommunist rejimindən qaçan insanlar üçün sığınacaq olub. Baxın, bu ölkənin bəzi yerlərində nələr baş verir, çox pisdir. Baxın, Cənubi Amerikada nələr baş verir", - Tramp deyib.
"Cənubi Afrikada G20 görüşü planlaşdırılıb, amma açığı, bu ölkə artıq G20-nin üzvü olmamalıdır. Mən ora getməyəcəyəm. Mən onlara artıq demişəm ki, həmin sammitdə ölkəmizi təmsil etməyəcəm", - deyə ABŞ Prezidenti vurğulayıb.