Dünən

Tramp: “Putin məndən Ukrayna müharibəsini dayandırmağı istədi”

ABŞ Prezidenti Donald Tramp iki həftə əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb.

Təhlil.az xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Putin danışıqlar zamanı Ukraynadakı müharibənin həllində ona kömək etməsini xahiş edib.

“Putin dedi: ‘Biz 10 ildir bu müharibəni dayandırmağa çalışırıq, amma uğur qazana bilmirik. İndi onu həll etmək sizin ixtiyarınızdadır”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, BMT-nin iştirakı olmadan belə, bəzi beynəlxalq məsələləri qısa zamanda həll edə bilib:

“BMT-nin mənə verdiyi yeganə şey boş teleprompter idi, amma mən bir çox məsələləri cəmi bir saatda yoluna qoya bildim”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?