Dünən

“Super Ay” 16 faiz daha parlaq göründü

Dünya ötən gecə nadir təbiət hadisəsinə şahidlik edib – “Super Ay” səmanı bürüyüb və bu mənzərə təkcə astronomları deyil, səma həvəskarlarını da valeh edib.

Təhlil.az-ın məlumatına görə, hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-sı saat 08:10-da başa çatıb. Ayın Yerə ən çox yaxınlaşdığı an isə gecə saat 02:30-da müşahidə olunub.

Bu zaman Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz daha parlaq görünüb. Mütəxəssislərin hesablamasına əsasən, Ayla Yer arasındakı məsafə cəmi 356 832 kilometr olub.

Elm adamları bildirirlər ki, “Super Ay” insan həyatı üçün heç bir təhlükə daşımır. Sadəcə bu zaman Ayın cazibə qüvvəsi okean və dəniz səviyyəsinə bir qədər təsir edir – nəticədə sular 3–5 santimetr yüksələ bilər.

Tarixi qeydlərə əsasən, Ayın Yerə ən çox yaxınlaşması 1912-ci il yanvarın 4-də baş verib – məsafə 356 375 km olub. Daha sonra bu hadisə 1948, 2016 və 2018-ci illərdə də qeydə alınıb.

Astronomlar bildirirlər ki, növbəti maksimal yaxınlaşma ilə “Super Ay” 2034-cü il noyabrın 25-də müşahidə olunacaq. Həmin vaxt Ay yenidən Yerə bu qədər yaxınlaşacaq və səmanı işıq dənizi kimi bürüyəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?