Dünən

Azərbaycan üzərindən daşınan ilk Rusiya buğdası Ermənistana çatıb

Rusiya buğdasının ilk partiyası dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılıb.

Təhlil.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan açıqlayıb. Onun sözlərinə görə, buğda Rusiya–Azərbaycan marşrutu ilə daşınıb, daha sonra Gürcüstan üzərindən Ermənistana daxil olub.

“Bu, adətən Yuxarı Lars keçidindən gətirilən Rusiya buğdasıdır. Həmin yolda növbələr və nəqliyyat maneələri çox olurdu. İndi isə yük qatarla Rusiyadan Azərbaycana, oradan Gürcüstana, daha sonra Ermənistana gətirilib,” – deyə Papoyan bildirib.

Nazir əlavə edib ki, yaxın günlərdə Azərbaycan ərazisindən keçməklə Qazaxıstan buğdasının da yeni partiyası Ermənistana çatdırılacaq.

Erməni KİV-lərinin məlumatına görə, ümumi həcmi təxminən 1000 ton olan buğda partiyası iş adamı Samvel Aleksanyana məxsusdur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?