Kobaxidze: Gürcüstan Orta Dəhliz boyunca yük axınını artırmaq üçün əməkdaşlığı genişləndirəcək

"Çin və Gürcüstan arasında Orta Dəhliz boyunca daşınan konteynerlərin sayı 2025-ci ilin yanvar-avqust ayları arasında 71% artıb. Bundan əlavə, 2024-cü ildə daşınan yüklərin həcmi əvvəlki ilə nisbətən 15 dəfə çox olub. Gürcüstan bir daha Çin və Avropa arasında Orta Dəhliz vasitəsilə nəqliyyat axınını artırmaq üçün əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyir”.
Təhlil.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İqtisadi Forumunda səsləndirib. Baş nazir, həmçinin bildirib:
“Anaklia dərin su limanının tikintisi, Şərq-Qərb avtomobil yolu, Qara dəniz sualtı kabeli, yeni Tbilisi Beynəlxalq Hava Limanı layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük infrastruktur layihələri ölkəni Çin və Avropa arasında əsas ticarət və nəqliyyat marşrutuna çevirir".