Bu gün
ABŞ Rusiya və Çin peyklərini sıradan çıxarmağa hazırlaşır

ABŞ Rusiya və Çinin kəşfiyyat peyklərini müvəqqəti olaraq sıradan çıxarmaq üçün yeni sistemlər hazırlayır.
Təhlil.az “Bloomberg”in məlumatına istinadla xəbər verir ki, Kosmik Qüvvələr “Meadowlands” və “Remote Sensing Terminals” adlı iki uzaqdan idarəetmə kompleksini yerləşdirməyə hazırlaşır.
Bu sistemlər mövcud “Counter Communications System” (Əlaqə Basdırma Sistemi) ilə birlikdə fəaliyyət göstərəcək və dünya miqyasında peyklərin fəaliyyətini məhdudlaşdırmaq qabiliyyətinə malik olacaq.
Mənbələr bildirir ki, bu texnologiyalar münaqişə dövrlərində düşmən peyklərini müvəqqəti deaktiv etmək məqsədilə hazırlanır.