Bu gün

Nyu-York tarixində ilk müsəlman bələdiyyə sədri

Nyu-York şəhərində keçirilən bələdiyyə seçkilərində Demokratlar Partiyasının namizədi Zöhran Məmdani qalib gəlib.

Təhlil.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, 34 yaşlı Məmdani səslərin 50,6 faizini toplayaraq Nyu-York tarixində ilk müsəlman bələdiyyə sədri olub.

Səsvermə başa çatdıqdan sonra bülletenlərin 83 faizi sayılıb. Məmdani ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomodan təxminən 9 faiz fərqlə irəlidə olub. Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini qazanıb.

Beləliklə, Zöhran Məmdaninin qələbəsi Nyu-York siyasətində tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?