11 aprel

Oskar mükafatlarına yeni nominasiyalar əlavə olunur

Amerika Kino Akademiyası 2028-ci ildə keçiriləcək yubiley — 100-cü Oskar mərasimində yeni bir nominasiyanın təqdim ediləcəyini açıqlayıb. Artıq 2027-ci ildə ekranlara çıxacaq filmlər üçün “Dublyor dizaynı” üzrə Oskar mükafatı veriləcək.

Tehlil.az xəbər verir ki, akademiyanın rəhbərliyi bildirib ki, dublyorluq kino sənayesinin başlanğıcından bəri əvəzolunmaz texniki və yaradıcı sahə kimi önə çıxır. Bu nominasiyanın yaradılmasında rejissor David Leitch və dublör koordinatoru Chris O'Hara xüsusi rol oynayıblar. Leitch özü də karyerasına Brad Pitt kimi ulduzlara dublörlük etməklə başlayıb.

Qeyd edək ki, Akademiya 2025-ci ildən etibarən “Kasting üzrə uğur” nominasiyası ilə də yeni mükafat təqdim etməyə başlayacaq.