Bu gün

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,56 ABŞ dolları və ya 0,85 faiz artaraq bir barel üçün 66,43 ABŞ dolları təşkil edib.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,58 dollar və ya 0,91 faiz bahalaşaraq 64,40 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,55 dollar və ya 1,05 faiz artaraq bir barel üçün 53,05 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,75 dollar və ya 1,15 faiz artaraq bir barel üçün 66,02 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?