03 noyabr
Tramp Ukraynadakı müharibəni iki ay ərzində bitirəcəyini vəd etdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin ABŞ ilə əməkdaşlıqda maraqlıdır və bu, Ukrayna müharibəsinin qısa zamanda başa çatdırılmasına imkan verəcək. Təhlil.az xəbər verir ki, Tramp bəyan edib:
“Putin ABŞ ilə biznes qurmaq istəyir. O, Rusiya üçün çoxlu pul qazanmaq istəyir. Məncə, biz bu müharibəni cəmi bir neçə ay ərzində bitirəcəyik”.
Ekspertlər qeyd edirlər ki, Trampın bu bəyanatı onun münaqişəni diplomatik yolla həll etmək niyyətini göstərsə də, konkret plan və ya şərtlər hələ açıqlanmayıb.