03 noyabr

Hindistanda dəhşətli qəza – 24 nəfər həlak oldu

Hindistanın Telanqanada ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 24 nəfər həlak olub, 18 nəfər xəsarət alıb. Təhlil.az bu barədə "Hindustan Times" qəzetinə istinadla xəbər verir.

Məlumata görə, Heydərabada gedən avtobusda təxminən 70 sərnişin olub. Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub. İlkin məlumatlara görə, qəzanın səbəbi yük maşını sürücüsünün sürət həddini aşması və idarəetməni itirməsi olub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?