03 noyabr

Tramp: "Netanyahunun Fələstini tanıyacağına inanıram"

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Fələstin dövlətini tanımağa razı sala biləcəyinə əmindir.

Təhlil.az xəbər verir ki, bunu ABŞ lideri CBS News-un “60 Minutes” proqramına verdiyi müsahibəsində səsləndirib.

Jurnalistin “Netanyahunu bu addımı atmağa sövq edə biləcəksinizmi?” sualına cavab verən Tramp İsrail liderini “istedadlı insan” və “müharibə dövrünün baş naziri” kimi xarakterizə edib:
“Bəli, o, yaxşıdır. O, müharibə dövrünün baş naziridir. Mən onu bu və ya digər şəkildə bir az təhrik etməli oldum. Düşünürəm ki, əla iş gördüm”, – deyə bildirib.

Onun bu açıqlaması ABŞ administrasiyasının Yaxın Şərqdə sülh prosesinə yeni impuls verməyə çalışdığı bir dövrə təsadüf edir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?