Bu gün
Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı

İsrailin təhlükəsizlik və analitika məsələləri üzrə ixtisaslaşmış şirkəti "CGI Group" bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini "darknet" vasitəsilə əldə etmək təklif olunub. Təhlil.az xəbər verir ki, şirkətin baş direktoru Tsivika Nave bildirib:
"Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs "CGI Group"un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxladı. O, oğurlanmış incəsənət əsərlərinin "darknet" vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşdu və cavab vermək üçün 24 saatımızın olduğunu vurğuladı".
Bu gün