Bu gün
Rusiya və Azərbaycan yük daşımalarını rəqəmsallaşdırır

Rusiya və Azərbaycan yük daşımalarında elektron yük qaiməsi (e-CMR) sisteminin tətbiqi üzrə pilot layihə həyata keçirməyə hazırlaşır.
Təhlil.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RF Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğunun nümayəndəsi Nataliya Zadonskaya bildirib. Onun sözlərinə görə, bu sistem sərhəd keçidlərini sürətləndirəcək və kağız sənədlərlə müqayisədə xərcləri azaldacaq.
Qeyd olunur ki, layihə Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir.
Bu gün