Bu gün

Argentinada Baş nazir istefa verib – yeni hökumət rəhbəri təyin olunub

Argentina Prezidenti Xavyer Miley Baş nazir Gilyermo Frankosun istefasını qəbul edib. Bu barədə Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Təhlil.az xəbər verir ki, açıqlamada bildirilib ki, dövlət başçısı yeni Baş nazirin təyin olunması barədə qərar qəbul edib. Bu vəzifəyə Prezident Administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni gətirilib.

“Frankosun xələfi bazar ertəsi tarixindən etibarən yeni Baş nazir Manuel Adorni olacaq”, – Prezidentin Mətbuat xidməti qeyd edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?