Bu gün

Türkiyədə daha bir zəlzələ

Türkiyənin Balıkesir vilayətində seysmik aktivlik səngimək bilmir. 27 oktyabr və 31 oktyabrdakı güclü zəlzələlərin ardından bir müddət əvvəl vilayətdə daha bir yeraltı təkan – bu dəfə 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb .

Məlumata görə, zəlzələ yerli vaxtla 07:58-də qeydə alınıb və yeraltı ocağı 6,79 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?