Hindistan Rusiyadan neft idxalını bərpa edib

Hindistanın ən böyük neft şirkəti “Indian Oil Corporation” (IOC) Rusiyadan neft alışını yenidən bərpa edib. Təhlil.az “Reuters” agentliyinin məlumatına istinadla xəbər verir ki, şirkət dekabr ayı üçün sanksiyalara məruz qalmayan təchizatçılardan 5 partiya, ümumilikdə 3,5 milyon barel “ESPO” markalı Rusiya nefti sifariş edib.
Bu, Vaşinqtonun Hindistana Rusiyadan idxalı dayandırmaq tələblərinə baxmayaraq, neft alımlarının davam etdirildiyini göstərir.
IOC-nin maliyyə direktoru Anuc Ceyn daha əvvəl bildirmişdi ki, şirkət beynəlxalq sanksiya qaydalarına riayət etdiyi müddətcə Rusiya neftinin tədarükünü davam etdirəcək.
Qeyd edək ki, Rusiya Hindistan üçün ən böyük enerji tədarükçülərindən biri olaraq qalır.
Hindistan tərəfi enerji təhlükəsizliyini əsas gətirərək neft idxalını siyasi təzyiqlərdən kənarda saxlamağa çalışır.
 
			
			 
			 
    			