Bu gün

ABŞ Venesuela hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır

Vaşinqton Venesuelada narkotik qaçaqmalçılığında istifadə olunan hərbi obyektlərə zərbə endirməyi planlaşdırır.

Təhlil.az “The Wall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata istinadla xəbər verir ki, əgər ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı aviazərbələri davam etdirmək qərarına gəlsə, bu, prezident Nikolas Maduraya istefa siqnalı olacaq. Tramp hələlik quru əməliyyatlarının başlanması barədə yekun qərar verməyib. Potensial zərbələr əsasən narkotik kartelləri ilə Maduro rejiminin əlaqələndiyi hərbi obyektləri hədəfə alacaq.

WSJ-nin mənbələri bildiriblər ki, hədəflər arasında hərbçilərin nəzarətində olan limanlar və hava limanları, o cümlədən dəniz qüvvələri bazaları və uçuş zolaqları var.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?