Bu gün

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı azadlığa buraxılıb

Monteneqronun paytaxtı Podqoritsada saxlanılan Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Təhlil.az Azərbaycanın Serbiyadakı səfirliyinin və Monteneqrodakı diplomatik ofisinin məlumatına istinadla xəbər verir ki, Podqoritsada məlum hadisələrlə bağlı şübhəli şəxs qismində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanovun vəkili Darko Maraşın verdiyi məlumata əsasən, Y.Qurbanov barəsində başlanmış cinayət işi üzrə oktyabrın 30-da vacib hüquqi qərarlar qəbul edilib.

Bildirildiyinə görə, oktyabrın 26-da Podqoritsanın Zablyelo ərazisində baş verən və yerli sakinin yüngül bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə əlaqədar Y. Qurbanov “qəsdən adamöldürməyə cəhd” maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb və barəsində 30 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin müdafiə tərəfinin təqdim etdiyi sübutlar, xüsusilə də Y. Qurbanovun yaşadığı binadan götürülən təhlükəsizlik kameralarının videogörüntüləri onun hadisə vaxtı evdə olduğunu və mənzildən çıxmadığını təsdiqləyib.

Bu səbəbdən Podqoritsa Ali Məhkəməsi oktyabrın 30-da qərar qəbul edərək Y. Qurbanov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib, onun azadlığa buraxılmasına dair qərar verib.

Vəkil Darko Maraş bildirib ki, ittiham tərəfinin irəli sürdüyü bütün iddialar zərərçəkmiş şəxsin ifadəsinə əsaslanıb, lakin digər sübutlar həmin ifadəni təsdiqləməyib. Y.Qurbanov bundan sonrakı məhkəmə prosesində azadlıqda müdafiə olunacaq.

Qeyd edək ki, Azərbaycanın Monteneqrodakı diplomatik ofisi tərəfindən Y. Qurbanovla telefon danışığı aparılıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?