Bu gün

"Melissa" qasırğası nəticəsində 49 nəfər həlak olub

Foto: Cümə axşamı günü Melissa qasırğasından sonra Yamaykanın Qara Çay şəhərinin havadan görünüşü. Matias Delakrua/AP

"Melissa" qasırğası Yamayka və Haitidə 49 nəfərin həyatına son qoyub.

Təhlil.az bu barədə "The Guardian" nəşrinin məlmatına istinadla xəbər verir. Yamaykada 19, Haitidə 30 nəfər həlak olub. Həyatını itirənlərin sayının artacağı istisna olunmur.

Haitidə 18 nəfər itkin düşüb, bir neçə min insan evlərindən təxliyə edildikdən sonra müvəqqəti yaşayış yerlərində məskunlaşıb.

Yamaykanın Energetika Nazirliyi bildirib ki, təxminən 500 min nəfərin elektrik enerjisi təminatında yaranan fasilə hələ də aradan qaldırılmayıb, telefon rabitəsində də problemlər müşahidə olunur. Qasırğa ölkənin infrastrukturuna böyük ziyan vurub.

Kubada bir çox əraziləri su basıb, evlər və digər binalar zədələnib. Ölkənin şərq hissəsində 730 min nəfərdən çox insan təxliyə edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?