Bu gün

“Lukoil” xaricdəki əməliyyatlarını tamamilə dayandırır

“Lukoil” bütün xarici aktivlərini satdıqdan sonra xaricdəki əməliyyatlarını tamamilə dayandırır

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Valeri Andrianov “Rossiya 24” telekanalına bildirib.

Onun sözlərinə görə, sövdələşmə təkcə Avropadakı (Bolqarıstan və Rumıniya) zavodları deyil, həm də yaxın xaricdəki — Azərbaycan, Qazaxıstan və Özbəkistandakı aktivləri əhatə edir.

İndi şirkət diqqətini Rusiya bazarına yönəldəcək, hasilatın azaldığı Qərbi Sibir əvəzinə yeni regionları — Şərqi Sibiri və şelf zonalarını mənimsəyəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?