Bu gün

Moskva–Olgin reysi fırtına səbəbindən Kuba sahillərinə eniş edib

“Nordwind Airlines” şirkətinə məxsus təyyarə Moskva–Olgin marşrutu üzrə uçarkən əlverişsiz hava şəraiti səbəbindən Kuba sahillərində yerləşən Varadero (VRA) hava limanına məcburi eniş edib. Təhlil.az xəbər verir ki, bu barədə TASS Rusiya Turizm Sənayesi İttifaqına istinadla məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, bu qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.

Təyyarədə “Pegas Touristik” tur operatorunun 433 sərnişini olub. Onlar əvvəlcədən seçdikləri turpaket səviyyəsinə uyğun şəkildə Varadero kurortundakı otellərə yerləşdiriliblər.

Hazırda "Boeing 777-300" artıq Varadero hava limanından qalxıb və Şeremetyevo hava limanına geri qayıdır.

Qeyd edək ki, bir gün əvvəl Olgin bölgəsini cənginə alan “Melissa” fırtınası Karib üzərindən keçərək Quadalavaka sahillərindəki kurort zonalarına ciddi zərər vurub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?