Bu gün				
				Nyu-Yorkda güclü leysan yağışları iki nəfərin həyatına son qoydu

Şəkil: "Reuters"
ABŞ-nin Nyu-York şəhərində baş verən güclü leysanlar nəticəsində iki nəfər həlak olub.
Təhlil.az xəbər verir ki, rəsmilərin məlumatına görə, Bruklində yaşayan 39 yaşlı kişi itini xilas etmək üçün zirzəmiyə enərkən orada bataraq dünyasını dəyişib. Manhettendə isə 43 yaşlı kişi su basmış qazanxanada boğularaq ölüb.
Sinoptiklərin bildirdiyinə görə, yağışın əsas hissəsi cəmi 20 dəqiqə ərzində yağıb və bu, şəhərdə ciddi su basmalarına səbəb olub. Kanalizasiya sisteminin tutulması vəziyyəti daha da ağırlaşdırıb.
Polis hadisənin təfərrüatlarını araşdırır.
						Bu gün
					
				 
			
			 
			 
    			