Bu gün				
				Almatıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Bu gün Almatıda MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Təhlil.az xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, eləcə də MDB Müdafiə Nazirləri Şurasının katibi iştirak edəcək.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, iclasın sonunda tərəflər 2026-cı il üçün birgə fəaliyyət planı və hərbi əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədləri imzalayacaqlar.
						Bu gün
					
				 
			
			 
			 
    			