Bu gün				
				Kral III Çarlz Şahzadə Endryunu titullarından məhrum edir

Böyük Britaniya Kralı III Çarlz Şahzadə Endryunu bütün titullarından, rütbələrindən və fəxri adlarından məhrum etmək üçün rəsmi prosedurlara başlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Bukinqem Sarayının açıqlamasında bildirilib.
Məlumata görə, Şahzadə Endryuya Kral iqamətgahının icarə müqaviləsindən imtina edilməsi barədə rəsmi bildiriş göndərilib və o, şəxsi yaşayış yerinə köçəcək.
Xatırladaq ki, Endryu bundan əvvəl yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamları, Ceffri Epşteynlə əlaqələri və Çin rəsmiləri ilə münasibətləri səbəbindən York hersoqu titulundan imtina etmişdi.
						Bu gün
					
				 
			
			 
			 
    			