Bu gün				
				Lukaşenko gələn il İrana səfər edə bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko 2026-cı ildə İrana səfər edə bilər.
Təhlil.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Belarusun STV televiziya kanalına müsahibəsində məlumat verib.
Diplomat bildirib ki, “gələn il Belarus Prezidenti Aleksandr Lukaşenkonun İrana yüksək səviyyəli səfərini gözləyirik”.
O, həmçinin İran xarici işlər nazirinin yaxın vaxtlarda Belarusa səfərinin planlaşdırıldığını vurğulayıb. Xətibzadənin sözlərinə görə, tərəflər iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasının və iki ölkənin XİN-ləri arasında məsləhətləşmələrin keçirilməsini də müzakirə edirlər.
						Bu gün
					
				 
			
			 
			 
    			