Bu gün
Səfir: "Türkiyə ilə strateji tərəfdaşlıq regional sabitliyə xidmət edir"

Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandia bildirib ki, Ankara ilə strateji tərəfdaşlıq regionda sabitliyi gücləndirir və ticarət, infrastrukturun inkişafına mühüm töhfə verir.
Təhlil.az xəbər verir ki, diplomatın sözlərinə görə, Türkiyə ilə Gürcüstan arasında ikitərəfli münasibətlər regional sabitlik və sülh naminə xidmət edir.
Hazırda Türkiyə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb. Tərəflər yaxın illərdə bu göstəricini 5 milyard dollara yüksəltməyi planlaşdırırlar.
Bu gün