Bu gün

Cənubi Koreya 10 ilə nüvə sualtı qayığı inşa etməyi planlaşdırır

Cənubi Koreyanın ilk nüvə enerjisi ilə işləyən sualtı qayığının inşası üçün təxminən 10 il vaxt tələb olunacaq.

Təhlil.az xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, admiral Kanq Donq-gilin açıqlamasına istinadən məlumat yayıb.

Admiral qeyd edib ki, layihə ölkənin müdafiə sənayesinin ən strateji istiqamətlərindən biridir və texniki hazırlıq mərhələsi artıq başlayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Seulun köhnə dizel enerjisi ilə işləyən sualtı qayıqları əvəz etmək məqsədilə nüvə enerjisi ilə işləyən sualtı qayığın inşasına icazə verdiyini açıqlamışdı.

Yeni layihənin Cənubi Koreyanın müdafiə qabiliyyətini və dənizdə strateji mövqelərini gücləndirəcəyi gözlənilir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?