Bu gün

Qrossi: "İran hazırda aktiv şəkildə uranı zənginləşdirmir, nüvə silahı hazırlamır"

İran hazırda aktiv şəkildə uranı zənginləşdirmir və nüvə silahı hazırlamır. 

Təhlil.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktorü Rafael Qrossi mətbuat konfransında deyib. 

O bildirib ki, Tehran BAEA ilə əməkdaşlığı nəzərdən keçirmək niyyətində olduğunu bildirir, lakin 60 faiz səviyyəsinə qədər zənginləşdirilmiş uranın hələ də İranda qalması ciddi narahatlıq doğurur. “60%-ə qədər zənginləşdirilmiş uran hələ də İrandadır. Bu, müzakirə etdiyimiz məsələlərdən biridir, çünki geri qayıtmalı və ölkədəki nüvə materiallarının başqa məqsədlər üçün istifadə edilməməsini təmin etməliyik. Bu, çox, çox vacibdir”, — Qrossi vurğulayıb.

BAEA direktorunun sözlərinə görə, Tehran uranı nüvə silahı üçün istifadə etmək qərarına gəlsə, mövcud uran ehtiyatları təxminən 10 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. Qrossi bununla bağlı ciddi narahatlıqlarını dilə gətirib və beynəlxalq nəzarətin vacibliyini vurğulayıb.

Qrossi eyni zamanda İranın nəzarət mexanizmlərinə bərpaedici müdaxilələrə ehtiyac olduğunu bildirib və mövcud vəziyyətin diqqətlə izlənildiyini söyləyib. BAEA İranla dialoqu davam etdirmək və nüvə materiallarının sülh məqsədlərinə məhdudlaşdırılmasını təmin etmək üçün fəaliyyət göstərdiyini bildirib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?