Bu gün

Yeni sanksiyalar hələ Rusiyanın neft ixracına təsir etməyib

Rusiyanın “LUKOIL” və “Rosneft” şirkətlərinə qarşı tətbiq edilən yeni sanksiyalar ölkənin neft ixracına hələlik ciddi təsir göstərməyib.

Təhlil.az xəbər verir ki, hazırda Rusiya nefti Primorsk, Ust-Luq və Novorossiysk limanları vasitəsilə gündə təxminən 2,33 milyon barrel həcmdə ixrac olunur.

Bununla belə, vəziyyət 21 noyabrdan sonra dəyişə bilər. Həmin tarixə qədər Rusiya şirkətləri ilə bağlanmış mövcud müqavilələrin dayandırılması planlaşdırılır.

Məlumata görə, Moskva sanksiya risklərini minimuma endirmək üçün ixrac müqavilələrində “Rosneft” və “LUKOIL”in adlarını çıxararaq, onların yerinə vasitəçi şirkətləri yerləşdirməyi nəzərdən keçirir.

Bu addım ixrac prosesində xərcləri artıracaq, lakin alıcılar üçün sanksiya risklərini azalda bilər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?