Dünən

Si Cinpin: Çin və ABŞ bütün səviyyələrdə qarşılıqlı anlayışı gücləndirməlidir

ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra Çin lideri Si Cinpin iki ölkə münasibətləri ilə bağlı bir sıra vacib bəyanatlar səsləndirib. Təhlil.az xəbər verir ki, Cinpin deyib:

“Ticarət və iqtisadi əlaqələr Çin-ABŞ münasibətlərinin hərəkətverici qüvvəsi olmalı, maneəyə çevrilməməlidir. Çin və ABŞ qlobal rifah naminə daha böyük məqsədlərə çatmaq üçün birlikdə çalışa bilərlər. 2026-cı ildə Çin APEC, ABŞ isə G20 sammitinə ev sahibliyi edəcək — tərəflər bir-birini dəstəkləməli və hər iki sammitin müsbət nəticələrlə başa çatmasına çalışmalıdırlar. Çin və ABŞ həm beynəlxalq, həm də regional səviyyədə düzgün və səmərəli əməkdaşlıq aparmalıdırlar”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?