Bu gün

Fransada Luvr soyğunçuluğu ilə əlaqədar beş nəfər həbs edilib

Fransa polisi Luvr soyğunçuluğu ilə əlaqədar beş yeni şübhəlini həbs edib.

Təhlil.az xəbər verir ki, bu barədə RTL radiosu hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Onların hamısı çərşənbə axşamı "Paris bölgəsinin müxtəlif yerlərində" saxlanılıb.

Bundan başqa, LCI televiziyası dörd yeni şübhəlinin də həbs olunduğunu bildirib.

Saxlanılanlara qarşı konkret ittihamlar və onların çərşənbə axşamı muzey soyğunçuluğunda birbaşa iştirak etməkdə ittiham olunan iki şübhəli ilə əlaqəsi dəqiqləşdirilməyib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?