Bu gün

Paşinyan: TRIPP layihəsi Bakı və İrəvan üçün yeni imkanlar açacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı TRIPP layihəsinə toxunaraq bildirib ki, bu təşəbbüs Ermənistan və Azərbaycan üçün yeni kommunikasiya imkanları yaradacaq. Təhlil. az xəbər verir ki, Paşinyan deyib:

“Regional kommunikasiyalar o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazilərindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə edə biləcək. Bu, beynəlxalq tranzit üçün yeni yol yaradacaq. Qlobal tədarük zəncirlərindəki böhran şəraitində bu layihə həm beynəlxalq ticarətə, həm də regiondakı vəziyyətə təsir göstərə bilər”.

Baş nazir əlavə edib ki, layihənin icrası Fars və Oman körfəzlərindən Qara dənizə yeni marşrutlar açacaq, həmçinin Xəzər və Aralıq dənizləri arasında yeni əlaqə yaradacaq: “Bu, Ermənistan üçün də tamamilə yeni imkanlar açacaq.”

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?